Ukrayna və Avropa İttifaqı (Aİ) yenilənmiş ticarət sazişi imzalamağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” qəzeti məlumat yayıb.
Bildirilib ki, sənəd yaxın günlərdə imzalancaq:
“Onun sentyabrın sonunda qüvvəyə minməsi gözlənilir”.
Baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçka Ukrayna Aqrar Biznes Klubunun konfransında çıxışı zamanı bunu təsdiqləyib. Onun sözlərinə görə, buğda ixrac kvotası 1 milyon tondan 1,3 milyon tona, arpa 350 min tondan 450 min tona, şəkər 20 min tondan 100 min tona qədər artırıla bilər.
Əliyar Xəlil
Globalinfo.az