66880a1d6fa3f66880a1d6fa40172019151766880a1d6fa3b66880a1d6fa3d

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, diplomat Almaniyada xarici səfərdədir.

“Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam”, – Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

Paylaş: