İrəvandakı əsirlərimizlə təkbətək görüş oldu – RƏSMİ

19 aprel tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər.

Bu barədə Globalinfo.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilir ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə məktub vasitəsilə əlaqə yaratmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov əlverişsiz hava şəraitində yolu itirərək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindən Ermənistan ərazisinə keçiblər. Hər iki əsgər Ermənistan tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalmaları ilə bağlı Ermənistan mətbuatında görüntülər yayımlanıb. Onların barəsində cinayət işi açılıb, həbs ediliblər.

Ayşən Mustafa
Globalinfo.az