Putindən “Taliban” açıqlaması: “Siqnallar almışıq”

taliban hakimiyyetde esas foto

Putin “Taliban”ı Rusiyanın terrorla mübarizədə müttəfiqi adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

O bildirib ki, “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyətə nəzarət edir. Ona görə də, Rusiya bu ölkədə sabitlikdə maraqlıdır və terrorizmlə mübarizədə Moskvanın müttəfiqidir.

“Taliban hərəkatı öz üzərinə müəyyən öhdəliklər götürüb. Ümumiyyətlə, ölkə daxilində beynəlxalq ictimaiyyətin daimi diqqətini tələb edən məsələlər hələ də qalmaqdadır. Amma ümumilikdə götürdükdə, Əfqanıstanda hakimiyyətə Talibanın nəzarət etdiyini düşünməliyik. Bu mənada “Taliban” terrorizmlə mübarizədə bizim üçün əlbəttə ki, müttəfiqdir”, – deyə Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, Taliban Əfqanıstanda sabitliyi təmin etməkdə maraqlıdır.

“Və biz dəfələrlə Taliban hərəkatından siqnallar almışıq. Onlar bizimlə antiterror əməliyyatlarında birgə işləməyə hazırdırlar. “Taliban”ı, xüsusən də Əfqanıstanda yerləşən İŞİD terror təhlükəsinə qarşı mübarizəyə cəlb etmək vacibdir”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az