“Ölkəmizdə yaşayan xalq suverendir, lakin bu fakt özü Konstitusiyamızla ziddiyyət təşkil edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibəti ilə xalqa müraciətində deyib.
“Bu gün Konstitusiyamız Ermənistan vətəndaşına qonşu ölkələr, xalqlarla anlayış içində yaşamağa imkan vermir. Bizə yeni Konstitusiya lazımdır, hazırda əsas problemdir. Orada dövlət və vətəndaşlar arasındakı əlaqə konkret aydın qeyd edilməlidir”, – Paşinyan bildirib.
Zaira Akifqızı
Globalinfo.az