“Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir. Bu münasibətlərə kimin mane olduğu hamıya məlumdur”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada ŞƏT sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Bizə kimin maneə olduğu yaxşı məlumdur, lakin cənab Ərdoğanın siyasi iradəsi kömək edir”, – deyə Putin vurğulayıb.
O, Ərdoğanla qarşılıqlı hesablaşmalar, enerji məsələləri, taxıl və metal tədarükü məsələlərini müzakirə etdiyini söyləyib və iki ölkə arasında bütün məsələlərin həll oluna biləcəyini qeyd edib.
