
“Marin Le Penin Milli Mitinq partiyası parlament seçkilərində qalib gəlsə, Fransa alyansla bağlı siyasətində dəyişiklik edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” NATO-dakı diplomatik mənbələrə istinadən yazıb.
Nəşr bildirib ki, NATO Fransanın alyansın hərbi komandanlığından çıxa biləcəyindən ehtiyat edir
Qeyd edilir ki, ifrat sağçılar Milli Assambleyaya səsvermənin ikinci turunda qalib gəlsələr, ya hökumətə daxil ola, ya da hakim koalisiyanın təşəbbüslərini əngəlləməyə qadir olan güclü parlament azlığına çevrilə biləcəklər.
NATO diplomatlarından birinin fikrincə, Emmanuel Makron prezident olaraq qalsa da, bu, Fransanın xarici siyasətinə təsir göstərəcək.
Mənbə həmçinin qeyd edib ki, bəzi diplomatlar Fransanın NATO-ya hazırda olduğundan daha az və aşağı rütbəli hərbçi göndərməyə başlayacağından ehtiyat edirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az