Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs “X” platformasında bildirib.
Z.Kovacs baş nazirin 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcəyini açıqlayıb.
“Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq”, o bildirib