Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov yaxın gələcəkdə vətəninə qayıdacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat dərc edib.
“Sizi PIR Mərkəzinin 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. PIR Mərkəzinin yarandığı 1994-cü ildən birgə işləmək və bütün bu müddət ərzində vətənin mənafeyi naminə komandanızın yorulmaz fəaliyyətini dəstəkləmək mənim üçün böyük şərəfdir. Otuz il ərzində PIR Mərkəzi beynəlxalq təhlükəsizliyin təmin edilməsində dərin təcrübə və fədakarlıq nümunəsi kimi xidmət edib. Siz nüvə silahlarının yayılmaması, silahlara nəzarət və qlobal sabitliyin aktual problemlərinin öyrənilməsinə mühüm töhfə verərək, təkcə Rusiyada deyil, həm də xaricdə aparıcı analitik platformalardan birinə çevrilmisiniz”, – səfirin PIR mərkəzinin təsisçi və direktoru Vladimir Orlova ünvanladığı məktubda yazılıb.
Eyni zamanda məktubun sonunda Anatoli Antonov, “Mənim ezamiyyətim başa çatır. Ümid edirəm ki, biz birlikdə vətənin maraqlarını bundan sonra da müdafiə edəcəyik!” sözləri qeyd olunub.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı şərh etməyib və bildirib ki, hər kəsin şəxsi planlarının olması mümkündür. Səfirlərin təyinatı və dəyişdirilməsi ilə bağlı qərarı isə prezident qəbul edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az