Polish 20231208 204134366 1

Avropa İttifaqının Sülh Fondu Ermənistana 10 milyon avro dəyərində yardım edəcək.

Globalinfo.az xəbər verir ki, Macarıstanın bu istiqamətdə qoyduğu embarqonun ləğv edildiyi bildirilir.

Məlumata görə, Avropa İttifaqına bütün üzv dövlətlər bu məsələ ilə razılaşıblar. İyulun 17-də yardımın tədiqlənəcəyi gözlənilir.

Macarıstan aprel ayında Azərbaycanın da elə bir  yardım almlı olduğunu əsas göstərərək İrəvana ayrılan vəsaitə veto qoymuşdu. Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Macarıstana səfəri zamanı məsələni həll etməyə çalışdığı bildirildi.

İddia edilir ki, fond Ermənistanla yanaşı Azərbaycana da mina təmizləmə istiqamətində yardım edəcək.  Sözügedən yardımla bir erməni batalyonu üçün modul tipli düşərgənin yaradılması planlanır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: