Amerikalı jurnalist Taker Karlson Yaxın Şərqdə artan gərginlik fonunda qeyri-adi çağırış edib.
Globalinfo.az xəbər verir ki, o, Teleqram kanalında paylaşdığı qısa mesajda insanların planetin yaxınlaşan təhlükədən xilas olması üçün dua etməli olduğunu bildirib.
“Lənətin dağılması və dünyanın xilas olması üçün dua edin”, – jurnalist qeyd edib.
Onun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi şərhçilər jurnalistin bu mesajla mövcud siyasi qərarların və qlobal gərginliyin irrasional xarakterinə işarə etdiyini düşünürlər.
Tahir Turan
Globalinfo.az