Böyük Giza Piramidasında yeni tapıntı – FOTO

Misirli səlahiyyətlilər 4500 illik Böyük Giza Piramidasının əsas girişinin yaxınlığında 9 m uzunluğunda və 2,1 m enində gizli dəhliz aşkar etdiklərini açıqlayıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu kəşf əlavə tapıntılara səbəb ola və dəhliz piramidanın hələ öyrənilməmiş başqa bir otağına apara bilər.

Qeyd edək ki, dünyanın yeddi möcüzəsinin sonuncusu olan piramida e.ə. təxminən 2560-cı ildə Firon Xufu və ya Xeopsun hakimiyyəti dövründə 146 m hündürlükdə monumental məzar kimi tikilib. Hazırda 139 m olan piramida Parisdəki Eyfel qülləsinə qədər (1889-cu il) insanlar tərəfindən hazırlanmış ən hündür tikili idi.