1701860762 zaxarova 2 900x605 1

“Avropalılar başa düşmürlər ki, bütün problemləri Ukraynaya könüllü sponsorluq etmələrindən qaynaqlanır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sizin boynunuzda bu yük var, çıxış yolunuz ondan qurtulmaqdır. Ukrayna sizə asılmış daşdır”, – o bildirib.

Zaxarovanın sözlərinə görə, Avropanın daxili problemləri həll etmək üçün vasitələri var:

“Lakin bunlardan qitədəki vəziyyəti gərginləşdirmək üçün istifadə olunur. Ukraynadakı münaqişə Avropa ölkələrinə qaçqın axınını artırıb, lakin onlar bunu görmürlər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: