Bolqarıstan XİN rəhbərinin Azərbaycana səfəri təxirə salındı

Bolqarıstan xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb.

Globalinfo.az bildirir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bolqarıstan Baş nazirin müavini, xarici işlər naziri xanım Mariya Qabrielin Azərbaycana növbəti həftəyə planlaşdırılmış səfəri təxirə salınıb.

Xatırladaq ki, daha əvvəl xanım nazir yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gələcəyini bildirmişdi.