Bölgədə müharibə başladı – İki ölkə birgə təlimləri ləğv etdi

Yunanıstan və Misirin birgə keçirəcəyi hərbi təlimlər Yaxın Şərqdə baş verən proseslərə görə ləğv edilib.

Globalinfo.az Teleqram.com-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

16-24 noyabr tarixlərində Mirtoan dənizi və Krit adasında keçirilməsi planlaşdırılan “Meduza-13” təlimləri davam edən İsrail-HƏMAS müharibəsinə görə ləğv edilib.

Yunanıstan-Misir birgə təlimlərinin 2024-cü ildə keçiriləcəyi bildirilib.