
Ağ Ev ABŞ Konqresinə İranın nüvə imkanlarının tamamilə məhdudlaşdırılması məqsədilə 672 milyon dollar ayrılması üçün müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Müraciətdə qeyd olunur ki, ayrılması planlaşdırılan vəsait İranın nüvə silahı hazırlamaq və ya əldə etmək imkanlarının “tam və yoxlanıla bilən şəkildə” aradan qaldırılmasına yönələn tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Buraya nüvə proqramı ilə bağlı materialların, texnologiyaların, avadanlıqların və infrastrukturun ləğvi və ya zərərsizləşdirilməsi də daxildir.
Xatırladaq ki, bundan əvvəl İran rəsmiləri nüvə obyektlərinə beynəlxalq inspeksiyalarla bağlı iddiaları təkzib etmişdi. Lakin ABŞ ilə İran arasında İsveçrədə keçirilən danışıqlarda bu məsələnin müzakirə olunduğu barədə məlumatlar yayılmışdı.
Safura Bənnayeva
Globalinfo.az