BOK tarixində ilk: Qadın prezident seçildi

1742488752 5397596683942094719

Zimbabvedən olan ikiqat Olimpiya çempionu Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.

Globalinfo.az-ın TASS-a istinadən xəbərinə görə, Koventri təşkilatın 10-cu prezidenti və BOK-a rəhbərlik edən ilk qadın olacaq.

Koventri 2033-cü ilə qədər BOK-a rəhbərlik edəcək. O, iyunun 24-də vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, bu tarixədək komitəyə əvvəlki rəhbər Tomas Bax rəhbərlik edəcək.