Blinken Əliyevlə görüşdən sonra Türkiyədə: kritik qərar hazırlanır?

ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında Ankarada danışıqlar baş tutub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Danışıqlar prezident sarayında keçirilib.

Qeyd edək ki, Blinkenin Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir. Onun Türkiyədə Ukrayna savaşı, eləcə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bununla belə, tərəflərin Cənubi Qafqazdakı situasiyanı da nəzərdən keçirəcəyi güman edilir. Diqqət çəkən məqam isə Blinkenin Ankaraya Münhendə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş təşkil etməsindən sonra gəlməsi olub. Üstəlik, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bundan bir qədər əvvəl Türkiyədə olması və effektiv danışıqlar aparması Blinkenlə Çavuşoğlunun Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı kritik açıqlamalar verəcəklərini ehtimal etməyə zəmin yaradır.

İlkin Həsənov
Globalinfo.az