6991d23a18b4a6991d23a18b4b17711642186991d23a18b476991d23a18b49

Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

“İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir”, – Vuçiç qeyd edib.

Paylaş: