
Belçikada yerləşən bir ikinci əl əşyalar mağazasında üzərində məşhur ispaniyalı rəssam Pablo Pikasoya məxsus imza olan bir boşqab tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NEXTA” məlumat yayıb.
Əvvəlcə sıradan bir güllü-bəzəkli gil qab zənn edilən bu əşyanın üzərində “Empreinte originale de Picasso” yazısı diqqət çəkib.
Əsərin orijinallığı ekspertlər tərəfindən təsdiqlənib və boşqab daha sonra auksionda 12600 avroya satılıb.

Aysel Əliyeva
Globalinfo.az