“TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
“ABŞ dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb.
Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq”, – Paşinyan qeyd edib.