02a36f4e 23ce 3560 bc50 1e07259e237b 850

Masallıda baş verən qəza ilə bağlı Lənkəran-Astara Regional Təhsil idarəsi açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat üçün APA-nın cənub bürosuna bildirilib ki, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Masallı rayonu Çaxırlı kənd sakini Kamal Təhməzovun idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobil digər “Mercedes”lə toqquşub.

Qəza zamanı avtomobillərdə olanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilb. Hazırda onların vəziyyəti stabildir.

Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Kamal Təhməzov Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışır.

***

Masallıda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan yaralılar bunlardır:

1. 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, sol çiyin çıxığı və sol bazu sınığı,

2. 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, döş qəfəsi əziyi,

3. 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, döş qəfəsi əziyi,

4. 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, döş qəfəsi əziyi, sol çanaq əziyi,

5. 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, döş qəfəsi əziyi,

6. 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli, sol aşıq baldır əziyi,

7. 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzli, bud sümüyünün sınığı diaqnozu.

Xəsarət alanların vəziyyəti sabitdir.

***16:15

Daxili İşlər Nazirliyi Masallıda baş verən qəza ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

63f213330d0a563f213330d0a6167680901163f213330d0a063f213330d0a3 63f213331bdac63f213331bdad167680901163f213331bdaa63f213331bdab

66ce52d4 081e 3328 a874 55b7c3c5787d e7a88cfd 91ce 33dd adfb dfbfe8b98045

Paylaş: