beyler

16:55

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi generalpolkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

Globalinfo.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub.

Fərid Əsgərov isə Prezidentin Təhlükəsizlik Xidmətinə rəis təyin edilib. Digər sərəncamla F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.

WhatsApp Image 2025 06 30 at 17.13.11

Fərid Əsgərov

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Əsgərova bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

tttt
ferd

Paylaş: