beyin 12

“Xarici dil öyrənmək beyin sağlamlığına müsbət təsir edir”.

Globalinfo.az xəbər verir ki, bunu nevroloq Qalina Çudinskaya deyib.

O bildirib ki, insan beyni plastikdir və stress altında olan zaman fiziki olaraq dəyişir:

“Yeni bir dil öyrənən zaman nitq, yaddaş və diqqətdən məsul olan bölgələrdə yeni neyron əlaqələri yaranır və yarımkürələr arasındakı “körpü” – corpus callosum daha aktiv olur.

İnsan hər dəfə ana dilindən xarici dilə keçəndə beyni mürəkkəb bir məşqdən keçir: eyni zamanda iki söz və səs dəstini, iki fərqli qrammatikanı emal edir. Bu, zamanla diqqəti cəmləmək, problemləri həll etmək və informasiya səs-küyünü süzgəcdən keçirmək qabiliyyətini yaxşılaşdırır”.

Həkim qeyd edib ki, orta hesabla ən azı iki dildə sərbəst danışan insanlarda demensiya və Alzheimer xəstəliyi yalnız bir dil bilənlərə nisbətən dörd-beş il sonra inkişaf edir.

Günel Cəlil
Globalinfo.az

Paylaş: