Ermənistanın xilası üçün yeni qüvvə peyda oldu – Sürpriz ölkə

“Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS İnformasiya Agentliyinin məlumatında qeyd olunur.

Agentlik bəzi mənbələrdən aldığı informasiyaya istinadən yazır ki, Almaniya Ermənistanı anti-Rusiya siyasətinə sürükləməyə çalışır:

“Berlinin vəzifəsi İrəvanla Moskva arasında əlaqəni mümkün qədər qırmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin hakimiyyəti Rusiyaya yaxın olan şəxslərdən təmizləməsində, silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir”.

Əliyar Xəlil
Globalinfo.az