Benzema da Səudiyyə Ərəbistanında oynayacaq?

“Real Madrid”in futbolçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, fransalı hücumçu daha bir il “kral klubu”nun formasını geyinib daha sonra Asiya ölkəsinə köçmək niyyətindədir. Səudiyyə Ərəbistanı klublarından biri onun xidmətində maraqlıdır.

Təklif edilən müqavilədə Benzemanın bu ölkədə öz akademiyasını açması da qeyd olunub.

2009-cu ildən “Real Madrid”də çıxış edən forvard bu mövsüm La Liqada 18 oyun keçirib və 14 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun madridlilərlə hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna keçib. Serxio Ramos, Lionel Messi kimi ulduz futbolçuların adları da bu ölkədən olan klublarla yanaşı hallanır.