NATO Türkiyəyə dəstəyini açıqladı

NATO ölkələri Türkiyəyə dəstək üçün qüvvələri səfərbər edir.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

“Bu dəhşətli zəlzələdən sonra müttəfiqimiz Türkiyənin yanındayıq. Prezident Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram və NATO müttəfiqləri hazırda Türkiyəyə dəstək üçün qüvvələri səfərbər edir” – Stoltenberq bildirib.