Belçika millisinin baş məşqçisi istefa verdi

Roberto Martinez Belçika millisinin baş məşqçisi postundan getdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Martinez millinin Qətərdəki turniri tərk etməsindən sonra bildirib:

“Bu, komanda ilə son oyunum idi. Mən davam edə bilmərəm. Futbolçular və heyətlə sağollaşdım. Dünya çempionu olsaq da, onsuz da gedəcəkdim. 2022-ci il dünya çempionatından əvvəl qərar vermişdim”.

İspan mütəxəssis 2016-cı ildən komandanı çalışdırıb və onunla DÇ-2018-də üçüncü yeri tutub. Onun istefası 2022-ci il dünya çempionatında Karluş Keyruş (İran yığması) və Xerardo Martinodan (Meksika yığmasından) sonra üçüncü olub.