Bayraktar: Media Forumunun Şuşada keçirilməsi böyük mesajdır

Bu cür forumların təşkilində məkan çox vacibdir. Mənə görə ən böyük mesajlardan biri Qlobal Media Forumunun məhz Şuşada keçirilməsidir.

Globalinfo.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “TRT World”ün koordinatoru Bora Bayraktar deyib.

Bora Bayraktar deyib ki, Şuşaya buranı heç zaman görməyən jurnalistlər də gəliblər: “Ola bilər ki, buranın işğaldan azad olunduğunu bilmirlər. Onlar hər şeyi öz gözləri ilə görürlər. Ona görə də Forumun Şuşada keçirilməsi çox mühümdür”.

Bora Bayraktarın sözlərinə görə, ənənəvi media dəyərini itirməyəcək: “Əvvəllər xəbərləri qəzetlərdə, sonra radio, televiziyada, indi isə əsasən rəqəmsal sferalarda oxuyurlar. Bu, ənənəvi medianın sıradan çıxması yox, fərqli formatda çatdırılması deməkdir. Ancaq məlumatın alındığı platforma da önəmlidir. İnsanlar “Tik-tok”, “Instagram” və buna bənzər sosial medialardan nə dərəcədə doğru məlumat ala bilərlər? Oradakı insanlar nə dərəcədə bu işə məsuliyyətli yanaşır? Düşünürəm ki, dezinformasiyanın çox olduğu bir zamanda ənənəvi media daha da dəyər qazanar”.