Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra Tvitter-də paylaşım edib.
Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu. Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular – uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”.
***19:15
Vilnüsdə ABŞ Prezidenti Co Baydenlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə bildirəcək.
Qeyd olunub ki, görüşdə Ukraynaya uzaqmənzilli ABŞ raketlərinin tədarükü müzakirə olunacaq.