Baydendən ETİRAF: “Ukrayna ordusunun döyüş sursatı tükənir”

“Ukrayna ordusunun döyüş sursatı tükənir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, Amerika hakimiyyət orqanları təmas xəttində Ukrayna hərbçilərinin silah-sursatının tükəndiyi barədə xəbərlər alır:

“Rusiya qüvvələrinin hücumlarının davam etdiyi bir vaxtda cəbhə xəttində Ukrayna hərbçilərinin döyüş sursatının tükəndiyinə dair xəbərlər gəlir. Ukraynanın hərəkətsizliyi ilə durmadan artır”.

Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukrayna və İsrailə 95 milyard dollardan çox əlavə büdcə ayırmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsini alqışlayıb. Bu vəsaitin 60,06 milyard dollarının Ukraynaya, 14,1 milyard dollarının isə İsrailə yönəldilməsi təklif edilir.

Bayden bildirib ki, Amerikanın müttəfiqləri və düşmənləri Konqresin qanun layihəsi ilə bağlı növbəti addımlarını izləyir. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə daha öncəki açıqlamasında qanun layihəsini  “keçilməz” adlandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az