Baydendən azərbaycanlı hüquq müdafiəçisi ilə bağlı İrana çağırış: Azad et!

ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ağ Evin saytında bəyanat yerləşdirilib.

Bayden bildirib ki, İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram.

Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi 16 il müddətinə azadlıqdan məhrum edilib.