Bu tarixlərdə dünya əhalisinin sayı 8 milyarda çatacaq

“Noyabr ayının ortalarında dünya əhalisinin sayı 8 milyarda çatacaq”.

Globalinfo.az bildirir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Bəşəriyyət böyüdükcə onun bölünməsi də güclənir. Milyardlarla insan çətinliklər içində yaşayır; yüz milyonlarla insan aclıqla üzləşir. Rekord sayda insan borc və çətinliklər, müharibələr və iqlim fəlakətindən qurtulmağa çalışır. Varlılar və yoxsullar arasındakı uçurumu aradan qaldırmasaq, böhran və münaqişə ilə dolu 8 milyardlıq bir dünya ilə üzləşəcəyik”.

Aqşin Evrən
Globalinfo.az