“Barselona” Messiyə görə peşman olub

“Barselona” PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istəyir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta yaxın günlərdə argentinalı ilə danışıqlara başlayacaq.

Amma argentinalının qayıdışı PSJ ilə müqaviləsi baş çatdıqdan sonra baş tuta bilər.

Təcrübəli futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatacaq.