WhatsApp Image 2024 06 03 at 14.00.47

“Vətən üçün Tavuş” hərəkatının rəhbəri, keşiş Baqrat Qalstanyanın Qarabağla bağlı mövqeyi bəlli olub.

Globalinfo.az xəbər verir ki, o, özünün Müqəddəs Mübarizə adlı “Telegram” kanalında mövqeyini bölüşüb.

“Qarabağ və Qarabağ mübarizəsi səhifəsi bağlanmamalıdır. Ermənistan hökuməti gərək bu məsələnin danışıqlar gündəminə salınmasına, hər şeydən öncə isə Qarabağ ermənilərinin geriyə təhlükəsizlik zəmanəti ilə qayıtmasına nail olsun”, – o bildirib.

Keşiş həmçinin Qarabağ separatçılarının Bakıda istintaq təcridxanasında saxlanılan liderlərinin azadlığa buraxılması üçün çağırış edib.

B.Qalstanyan “Azərbaycanla hər şeyə rəğmən sülh müqaviləsi” konsepsiyasının qəbuledilməz olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: