Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Globalinfo.az xəbər verir ki, sənəd iki qurum arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədini daşıyır.
Memoranduma Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov imza atıblar.
Tərəflər sənədin bank sektoru ilə ticarət şəbəkələri arasında əməkdaşlığın inkişafına, eləcə də qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyini bildiriblər.
Ləman İmran
Globalinfo.az