1781026949 17194313305987353260 1200x630 7

Bakıda sürücü sükan arxasında ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi “Ford” markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib.

Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: