Bakıda peşə məktəbinin yataqxanasında intihar

Bakı şəhərinin Nəsimi rayonu F.Qasımzadə küçəsində yerləşən yataqxanada intihar hadisəsi olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, 3 saylı peşə məktəbinin yataqxanasında Zəngilan rayon sakini, 2000-ci il təvəllüdlü Tirman Əli oğlu Hüseynov özünü asıb.

Onun meyiti səhər saat 07 radələrində aşkar edilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Malik
Globalinfo.az