Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilir: həbslər var

***
13:08

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Globalinfo.az bildirir ki, DİN tərəfindən “SalamNews” informasiya agentliyi və “İnteraz”da əməliyyat təşkil edilib.

Məlumata görə, əməliyyat zamanı A.T.Kərimov, E.A.Rəhimov, İ.A.Ələkbərov, M.N. Cəfərov, H.H Cabbarlı, F.S. Abdulov və A.A Cümşüdov adlı şəxslər saxlanılıb.

Qeyd edək ki, Globalinfo.az Tehrandakı səfirliyimizdə törədilən teraktdan sonra İranın Azərbaycanda casus şəbəkəsinə qarşı xüsusi əməliyyatın keçiriləcəyinə dair bir neçə gün öncə məlumat vermişdi. Bunu saytımıza açıqamalarında bəzi ekspertlər də istisna etməmişdilər.

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, bu cür əməliyyatlar yalnız özlərini dindar, islamçı adları ilə kamuflaj edən məlum şəbəkənin arasında aparılmayacaq. İranın casus şəbəkəsi ilə bağlı xüsusi əməliyyatlar başqa sahələrdə də gözlənir.