b7bf9125 8910 3ae0 ba81 7e1ff6c557de 850

Bir neçə gün öncə paytaxtda ardıcılıq olaraq iki ticarət mərkəzi və bir taxta bazarında yanğın baş verdi. Hadisə zamanı bir sahibkar həlak oldu. Ticarətçilərə küllü miqdarda maddi ziyan dəydi. Bakıda əvvəllər də iri ticarət mərkəzlərində silsilə yanğınlar baş verib.

Hər dəfə deyilir ki, iri ticarət mərkəzlərində yanğınlar təhlükəsizliyiə əməl edilməsəi səbəbindən baş verir. Son üç yanğın hadisəsinin isə qəsdən törədilmə ehtimalını gündəmə gətirib. Bunların heç də təsadüfi olmadığı müzakirə edilir. Bəs Bakıda ticarət mərkəzlərində baş verən yanğınların əsl səbəbi nədir?

Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza yanğın səbəbinin qəsdən törədildiyini düşünmədiyini bildirib:

“Bəli, doğrudan da son zamanlar ardı kəsilməyən yanğın hadisləri baş verir. Düzdür, hazırda araşdırmalar aparılır, amma ilkin nəticələrə görə burada təhlükəsizlik qaydalarına əməl olunmaması halları aşkarlanıb. Təbii ki, taxta və s. kimi materiallar oda həssasdırlar, tez alışırlar. Ona görə də, təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır”.

Resad rza 11

Rəşad Rzanın sözlərinə görə, elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: