Bakı səfərindən sonra Ərdoğandan mühüm paylaşım: “Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra rəsmi Tviter hesabında paylaşım edib.

Globalinfo.az xəbərə verir ki, paylaşımda deyilir:

“14 və 28 may seçkilərindən sonra Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə ilk səfərlərimizi Azərbaycana etməklə həmrəyliyimizi göstərdik. Rəbbim sevgimizi, dostluğumuzu daim qorusun.

“Türkiyə Əsri” həm də Türk dünyasının əsri olacaq.

Türk Dövlətləri Təşkilatının institusional potensialını gücləndirmək üçün birgə addımlar atılacaq.

  1. Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında strateji mövqeyə sahibdir.

Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək”.

Paylaşımda liderlər arasında mövcud koordinasiya ilə Azərbaycanla Türkiyə arasında dialoqun davam etdirildiyi də vurğulanıb:

“Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik.

Bu münasibətlə bizlərə “iki dövlət, bir millət” şüarını miras qoyan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə rəhmət və minnətdarlıq hissi ilə yad edirəm.

Müzəffər Ali Baş Komandan və Prezident İlham Əliyev, qardaşım, əl-ələ verərək biz bundan sonra da hər sahədə əlaqələrimizi inkişaf etdirəcəyik”.