Bakı metrosuna 50 milyon ayrılır

2024-cü ildə Azərbaycanda sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 faiz çoxdur.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov ötən il metropoliten ilə bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyini demişdi.