Bakı haqda məxfi məlumat yayıldı, Paşinyan əsəbiləşdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bir müddət öncə parlamentdə çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxın zamanlarda Moskvada görüşəcəyini deməsi iqtidar daxilində narazılığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Fakt” qəzeti yayıb.

Məlumata görə, Mirzoyanın bu informasiyanı parlamentdə səsləndirməsi, Paşinyanın onunla mübahisəsinə gətirib çıxarıb. O, XİN başçısını danlayaraq, belə məlumatların yayılmaması gərəkdiyini tapşırıb. Baş nazirin bu danlaqlarına isə Mirzoyan səssiz qalmayıb və ictimaiyyəti proseslər haqqında məlumatlandırmağa hazırlaşdığı vurğulanıb.

Qəzetin mənbələri İrəvanın tezliklə Moskva görüşü ilə bağlı prosesə aydınlıq gətirmək niyyətində olduğunu bildiriblər. Belə ki, Mirzoyanın Bayramovun da iştirak edəcəyi növbəti üçtərəfli görüşdə Rusiya ilə bağlı xüsusi bəyanatla çıxış edəcəyi deyilib. Bu bəyanatda isə Moskvaya artıq Ermənistanın Bakı ilə danışıqları Qərb variantı əsasında aparmaq istədiyinin yer alacağı qeyd edilib.

Xatırladaq ki, indiyə qədər Bakı ilə İrəvan arasında aparılan prosesdə iki variant – Moskva və Qərb variantları mövcuddur. Moskva variantına əsasən, Bakı ilə İrəvan arasında münasibətlər bərpa olunmalı, amma Qarabağın statusu gələcəyə saxlanılmalıdır. Qərbin paketində isə Qarabağın statusuna dair heç bir bənd yer almayıb. Bakı Moskva variantına kəskin şəkildə qarşı olduğunu artıq bəyan edib.

İlkin Həsənov
Globalinfo.az