“Azərişıq” əməkdaşı faciəvi şəkildə öldü

Tərtərdə “Azərişıq” əməkdaşı bədbəxt hadisənin qurbanı olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Əliyev Famil Kamal oğlu elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan  F. Əliyev xəstəxanada ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.