Azərbaycanlı deputat Araik və Vardanyana belə kömək etdi – VİDEO

***10:30

Savadı, düşüncəsi və məsələlərə yanaşması ilə fərqləndirdiyimiz deputat Erkin Qədirli ötən gün bəlkə də siyasi karyerasının ən dəhşətli səhvinə və özü haqda müəyyən fikirlərin məhvinə yol verdi.

Açıq şəkildə dedi ki, Azərbaycanda “demokratik seçki yoxdur, heç mən özümün belə demokratik yolla seçildiyimi deyə bilmərəm”. Erkin Qədirlinin fikirlərinin həqiqət olub-olmamasını qoyuram kənara – bu, başqa söhbətin mövzusudur.

Əsas məsələ cənab Qədirlinin bu sözü hansı hərbi-siyasi və tarixi məqamda deməsidir. Çox yox, 3 gün əvvəl Xankəndidəki separatçı terrorçu Ruben Vardanyan BBC kanalına müsahibəsində ermənilərin Azərbaycanın tərkibində yaşaya bilməyəcəklərini dedi və bunun orada demokratiyanın olmaması ilə əlaqələndirdi.

Ötən gün Erkin Qədirli də eyni fikri səsləndirdi.

Mahiyyət etibarilə bu məsələdə Erkin Qədirli və Ruben Vardanyan arasında heç bir fərq yoxdur, çünki hər ikisi eyni fikri deyir.

E.Qədirli bu açıqlaması ilə onsuz da Azərbaycana qarşı insan haqları, demokratik dəyərlər üzərindən savaş açmış bəzi qüvvələrin əlinə misilsiz “silah” verdi. İndi Ermənistan, eləcə də Xankəndidəki separatçılar həmin “silah”la “mövqelərimiz”ə zərbələr endirməyə başlayacaqlar.

Ehtimal etmək olar ki, bu “zərbələr” nəticəsində ağır itkilərimiz olacaq.

Tamerlan Yayaqan
Globalinfo.az