Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir – Rusiya prezidenti

Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir.

Globalinfo.az bildirir ki , bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur.

Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, – deyə Rusiya Prezidenti qeyd edib.