Fevralın 11-də Siyəzən şəhəri Heydər Əliyev prospektində dəhşətli yol qəzasının baş verməsi barədə xəbər vermişdik.
Globalinfo.az xəbər verir ki, məktəblilərin təhsil aldığı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbdə xatirə guşəsi yaradılıb. Qəzada vəfat edən 3 məktəblinin fotosunu təqdim edirik.
Qeyd edək ki, hadisə zamanı “Audi” markalı minik avtomobilinin “Mercedes Atego” markalı yük maşınına çırpılması nəticəsində məktəbimin 3 şagirdi – 11 c sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, 11b sinif şagirdi Abasov Nihat Babək oğlu və 10d sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.

Malik
Globalinfo.az