Azərbaycanda bəzi kəndlər nəyə görə işıqsız qalıb? – RƏSMİ AÇIQLAMA / VİDEO

Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb.

Globalinfo.az xəbər verir ki, “Azərişıq” ASC-nin Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün” ASC-nin bütün imkanları səfərbər olunub.

Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür.