Azərbaycana qarşı “Dördlər ittifaqı” yaradılır

“Biz müdafiə sahəsində Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığını mümkün hesab edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Yunanıstanın milli müdafiə naziri Nikos Dendias deyib.

O bildirib ki, Ermənistan və Yunanıstan müdafiə sahəsində başqa ölkələrlə də əməkdaşlıq qura bilər:

“Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratdıq. Lakin Ermənistan və Yunanıstanın çox güclü ortaq dostları olan Fransa və Hindistanla, həmçinin digər mühüm dövlətlərlə başqa üçtərəfli və ya dördtərəfli münasibətlər qura bilərik”.

Ayşən Mustafa
Globalinfo.az