Azərbaycanla bağlı sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən Fatih Erşahin Türkiyədə polisə çağırılıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə X-də paylaşım edib.
“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım da İstanbulda saxlanılıb.
Onun sosial media hesabından etdiyi paylaşımlar səbəbi ilə İstanbul polisi tərəfindən saxlanıldığı açıqlanıb.
Qeyd edək ki, Muhammed Emin Yıldırım və Fatih Erşahin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Fotoda: Fatih Erşahin
Fotoda: Muhammed Emin Yıldırım